Quliyeva Nailə Humay qızı
həkim-radioloq
  • (+99412) 537-08-11
Bioqrafiya

1977-ci ildə N. N .Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

1977-1978-ci illərdə “Kardiologiya” ixtisası üzrə internatura keçmişdir.

1979-1985-ci illərdə №2 şəhər kliniki xəstəxanasında həkim-rentgenoloq kimi çalışmışdır.

Hal-hazırda şüa terapiyası şöbəsinin böyük elmi əməkdaşıdır.

1985-1987-ci illərdə Rentgenologiya, radiologiya və onkologiya Elmi-tədqiqat institutunda (hazırda-Milli Onkologiya Mərkəzi) klinik ordinaturada “şüa terapiya” ixtisası üzrə təhsilini davam etdirmişdir.

1993-ci ildə ” Müxtəlif fraksiyalı rejimlərdə qida borusu xərçəngi ilə xəstələrin şüa müalicəsi “ mövzusunda namizədlik dissertasiyanı müdafiə etmişdir.

Hal-hazırda şüa terapiyası şöbəsinin böyük elmi əməkdaşıdır, dosentdir.

180-dan artıq elmi məqalələrin,3 metodik vəsaitin və 1 səmərələşdirici təklifin müəllifidir, eyni zamanda “Xəstənin qamma aparatda yerləşdirilməsi qurğusu” ixtirasına görə patent almışdır.

Dosentdir, tibb üzrə fəlsəfə doktoru, baş elmi əməkdaşdır.