- leyla_alr@mail.ru
- (+994 12) 537-08-11
1995-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.
2002-2003-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir.
2009-2012-ci illərdə Milli Onkologiya Mərkəzində aspirantura təhsili almışdır.
2004-cü ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsində həkim-radioloq vəzifəsində çalışmaqdadır.
2012-ci ilin sentyabr ayında “Qida borusu xərcəngi olan xəstələrin “sahə-sahədə” metodu və şüalandırma dozasını sürətləndirilmiş hiperfraksiya rejimində istifadə etməklə aparılan şüa müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Türkiyə, Makedoniya və Almaniyada təkminləşdirmə kurslarında iştirak etmişdir.
2011-ci ildə şüa terapiyası üzrə sertifikasiyadan keçmişdir.
Tibb elmləri üzrə fəlsəfə doktorudur.
Tibbi və elmi fəaliyyətinin əsas istiqamətləri – süd vəzi şişləri, qida borusu şişlərinin şüa terapiyasıdır.