Qasımzadə İlqar Şikar oğlu
Həkim-onkoloq
  • qasimzadailqar@mail.ru
  • +994(55/70) 430-09-09
Bioqrafiya

2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

2010-2011-ci illərdə Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasında internatura keçmişdir.

01-02.2019-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Onkologiya üzrə kurs keçmişdir.

2019-cu ildə Milli Onkologiya Mərkəzində doktorantura təhsili almışdır.

2012-ci ildən Milli Onkologiya Mərkəzi Poliklinika Qəbul şöbəsində həkim onkoloq vəzifəsində çalışmaqdadır.

2008-ci ildə Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi konfransda "Miokard infarktı fonunda fermentlərdə baş verən dəyişikliklər və onun vazoprostanla korreksiyası" mövzusunda iştirak etmişdir.

2018-ci ildə Ümummilli lider H.Ə.Əliyevin ad gününə həsr olunmuş elmi-praktik konfransda  "Azərbaycan populyasiyasında EGFR asılı qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin target terapiyası" mövzusunda iştirak etmişdir.

2018-ci ildə Gənc alim və mütəxəsisslərinin elmi-praktiki konfransının tezisləri "Yerli yayılmış mədə xərçənginin diaqnostika və müalicəsində EUS-un rolu".

2017-ci ildə Milli Dirçəliş gününə həsr olunmuş Milli Onkologiya Mərkəzinin Gənc alim və mütəxəsisslərin elmi-praktiki konfransının tezisləri "Azərbaycan populyasiyasında epitelin böyümə faktoru reseptoru asılı qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi".

08.11.2013-cü ildə "Kolorektal xərçəngin müalicəsinin müasir aspektləri" tədbirində iştirak etmişdir.

06.12.2013-cü il Xərçəng xəstəliyinin müasir diaqnostika və müalicə metodları.

14-15 mart 2015-ci ildə Beynəlxalq Onkoloji Elmi Konfransda iştirak etmişdir.

19.09.2016-cı ildə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda kurs keçib, sonra həkimlərin sertifikasiyasından keçmiş və Şəhadətnamə almışdır.

18.02.2017-ci ildə  I Neyroendokrin şişlər simpoziumunda iştirak etmişdir.

25.02.2017-ci ildə  I Bakı Endoskopiya Formunda iştirak etmişdir.

17-19 mart 2017-ci ildə Ege Hematoloji Onkoloji konqresində iştirak etmişdir.

26-29 aprel 2018-ci ildə Azərbaycan-Alman-Türk Tibbi konqresində iştirak etmişdir.

20.05.2018-ci ildə II Azərbaycan Nüvə Təbabəti Simpoziumunda iştirak etmişdir.

06.10.2018-ci ildə II Bakı Endoskopiya Formunda iştirak etmişdir.

31.10.2018-ci ildə Cərrahiyyədə və intensiv terapiyada nutritiv yardım mövzusunda seminarda iştirak etmişdir.

01.12.2018-Cərrahiyyədə Yeniliklər adlı I simpoziumda iştirak etmişdir.

02.02.2019-cu ildə III Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumunda iştirak etmişdir.

03-05 may 2019-cu ildə  5.Azərbaycan-Alman-Türk Tibbi konqresində iştirak etmişdir.