Qan Bankı
Milli Onkoloya Mərkəzin qan bankı 1997-ci ildə MOM-un baş direktoru akad. C. Əliyevin əmri əsasında yaradılmış və bu gündə fəaliyyat göstərir. MOM-un qan bankının əsas funksiyası Mərkəzin donor qanına olan təlabatın ödənilməsi üçün xəstələrin qohumlarından, həkimlərdən, tibbi heyətdən və s. donor qanının alınması, donor-luğa buraxılmaq üçün ekspertizanın aparılması, qan qrupunun və rezus mənsubiyyətinin cross match aparılması, qanda hemoqlobin səviyyəsinin,
eləcədə QİÇS (AİDS) virusunun, hepatit B və C viruslarının, sifilis və malyariya törədicilərinin seroloji markerləri-nin qanda yoxlanılması məqsədi ilə mütləq qaydada müayinə aparılması, qandan alınmış məhsulların düzgün saxlanılması və köçürülməsi, köçürülən qan məhsullarına nəzarət daxildir.