Osmanov Şahin Şalbuz oğlu
Həkim-patoloq
  • Shahin_dr@box.az
Bioqrafiya

1990-1996-cı illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

1996-1997-ci illərdə A.T.Abbasov adına Onkoloji Dispanserdə Onkologiya ixtisası üzrə internatura keçmişdir.

1998-2000-i illərdə N.N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində İnsan şişlərinin patoloji anatomiyası üzrə ordinatura keçmişdir.

2000-2003-cü illərdə Moskva N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində aspirantura təhsili almışdır.

1997–1998-ci illərdə Qəbələ rayon Mərkəzi Xəstəxanasında onkoloq vəzifəsində çalışmışdır.

2003-2005-ci illərdə Milli Onkologiya Mərkəzində patoloq vəzifəsində çalışmışdır.

2005-ci ildə Milli Onkologiya Mərkəzinin Patositomorfologiya laboratoriyasında böyük elmi işçi, patoloq vəzifəsində çalışmışdır.

2012-ci ildən Milli Onkologiya Mərkəzinin Patositomorfologiya laboratoriyasında laboratoriya müdiri vəzifəsində çalışmaqdadır.

2003-cü ildə Böyük hüceyrəli anaplastik limfomanın  ( Ki1+ ) morfoloji kriterləri, differensial diaqnostika mövzusu üzrə müdafiə etmiş və tibb üzrə fəlsəfə elmləri doktoru adı qazanmışdır.

2007,2008,2009-cu illərdə Ankara Qazi Üniversitetində Hematoloji və yumşaq toxuma şişləri qaraciyər və böyrək patologiyası üzrə kurs keçmişdir.

20 dən cox elmi məqalənin müəlifidir.