- faridaazeri@yahoo.com
- (+994 12) 537-08-11
1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil almışdır.
1988-1989-ci illərdə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında internatura keçmişdir.
1990-cı ildə Moskvada Ümümittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmillləşdirmə kursu keçmişdir.
2008-ci ildə Salzburqda “İmaging” üzrə 1 aylıq kurs keçmişdir.
2010-cu ildə Bakıda "KT və MRT-nin fiziki-texniki əsasları", "Orqan və sistem xəstəliklərinin KT və MRT diaqnostikası" üzrə təkmilləşdirmə kursları keçmişdir.
2012-ci ildə Vyanada “Nuklear medicine” üzrə 1 aylıq təcrübə keçmişdir.
1995- Ə.Əliyev adına ADHTİ-da “Xroniki böyrək çatışmamazlığı olan xəstələrdə sümük sisteminin dəyişilməsi və onun korreksiyası” mövzusunda tibb elmi namizədlik dissertasiya işi müdafiə etmişdir
2007- Ə.Əliyev adına ADHTİ şüa diaqnostikası kafedrasının dosenti vəzifəsinə seçilmişdir
2015 ildə AR Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə şüa diaqnostikası üzrə dosent elmi adı verilmişdir.
60-a yaxın elmi işlərin müəllifidir.
1989-2005-ci illərdə Respublika Diaqnostika Mərkəzi Radionuklid diaqnostika şöbəsində həkim-radioloq vəzifəsində çalışmışdır.
1998-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Rentgenologiya kafedrasının əməkdaşı kimi çalışmışdır.
2008-2018-ci illərdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində şüa diaqnostikası həkimi vəzifəsində çalışmışdır.
2011-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Radiologiya şöbəsinin müdiri kimi çalışmışdır.
2018-ci ildən etibarən Milli Onkologiya Mərkəzi Radionuklid diaqnostika şöbəsində həkim-radioloq vəzifəsində çalışmışdır.