Molekulyar onkologiya laboratoriyası
Molekulyar Onkologiya Laboratoriyası 2014-ci ildə Milli Onkologiya Mərkəzinin tərkəzində yaradılıb. Laboratoriyanın əsas fəalıyyət istiqaməti farmakogenetik testlər keçirməklə standart onkolojy müalicə protokollarının effektivliyini artırmaq, kimyəvi dərmanların toksikliyini minimuma endirməkdir. Bu məqsədlə şiş toxmasında EGFR, KRAS, BRAF, PIK3A kimi genlərin dərman preparatlarına dirənç verən mutasiyaları öyrənilir...
UGT1A1*28 və DPYD*2A genlərin irsən ötürülən allel formaları da standart protokollarda istifadə edilən kimyəvi preparatlara dirənc verə bildiyi üçün onlar da test siyahısına əlavə edilib. Bəzi dərman preparatlarının farmakogenetikasında iştirak edən RRM1, TUBB3, TYMS və ERCC1 kimi genlərin ekspresiya səviyyəsinın öyrənilməsi də keçirilən müalicənın keyfiyyətinin yaxşılaşdirilmasına yönəlmişdir.Süd vəzi və yumurtaliğın bəd xasisəli şişlərində 60-80% halda rast gəlinən BRCA1/2 kimi genlərin irsən ötürülən və profilaktik/proqnostik tədbirlərin keçirilməsi ücün zəmin yaradan mutasiyalarının aşkar edilməsi də laboratoriyanın istiqamətlərindən biridir.
Molekulyar Onkologiya Laboratoriyası respublikada ilk olaraq Milli Onkologiya Mərkəzinin nəzdində yaradılıb və keçirilən hər bir test məlumat cəhətdən çox mühüm sayıla bilər. Laboratoriyada keçirilən analizlərə nəzarət standartlaşma/seltifikatlaşma üzrə mühəndis tərəfindən aparılır. Testlərin keçirilməsi seltifikatlı texniki işçilər (feldşir laborant və laborant) tərəfindən yerinə yetirilir. Alınan nəticələr molekulyar biolog/genetik tərəfindən təhlil edilir və müalicə həkimlərinə ötürülür.