Məlikova Leylaxanım Ərəstun qızı
Molekulyar-bioloq
  • Lmelikova2002@yahoo.com
  • +994 50 2833612
Bioqrafiya

1978-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil almışdır.

1979-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda Molekulyar Biologiya/Genetika üzrə təcrübə keçmişdir.

1981-1983-cü illərdə Amerika, İngiltərədə "İnsan Genomu" üzrə təcrübə proqramları keçmişdir.

1984-1989-cu illərdə Moskva Dövlət Universitetinin Molekulyar Biologiya kafedrasında Biologiya elmləri üzrə aspirantura təhsili almışdır.

1978-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı İnstitutunda tədqiqatçı vəzifəsində çalışmışdır.

1979-1989-cu illərdə Moskva Dövlət Universitetinin SSRİ Molekulyar Biologiya İnstitutu və Molekulyar Biologiya kafedrasında çalışmışdır.

1989-2009-cu illərdə Mamaliq və Ginekologiya İnstitutunun genetik laboratoriyasında Baş elmi işçi, Laboratoriya müdiri vəzifəsində çalışmışdır.

2003-2008-ci illərdə Cənubi Koreyada Pusan Dövlət Universitetində çalışmışdır.

2010-2012-ci illərdə Mərkəzi Gömrük Xəstəxanası, Respublika Diaqnostika Mərkəzi, Oksigen klinikasında çalışmışdır.

2013-cü ildən Milli Onkologiya Mərkəzi Molekulyar Onkologiya Laboratoriyası rəhbəri vəzifəsində çalışmaqdadır.

Molekulyar biologiya sahəsi üzrə ixtisaslı mütəxəssisdir.

1989-cu ildə  "Histon H1 və onun molekulyar quruluşu" mövzusunda dissertasiya müdafiə etmişdir.

Bitki, heyvan və insan genomunun tədqiqi sahəsində 65-dən çox elmi məqaləsi çap olunmuşdur.

4 yerli, 1 beynəlxalq qrant layihəsində iştirak edib və onlardan 2-sini müvəffəqiyyətlə başa çatdırmışdır.

Beynəlxalq və yerli konfransların iştirakçısıdır.

1989-cu ildən "Molekulyar Biologiya" şifrəsi ilə Biologiya elmləri namizədidir.