Magnit Rezonans Tomoqrafiya
SİEMENS MAGNETOM AVANTA
Maqnit rezonans tomoqrafiya onkoloji və digər xəstəliklərin diaqnozunun dəqiqləşdirilməsi, eyni zamanda xəstəliyin dinamik müşahidəsi, birincili törəmələrin və metastazların aşkarlanması üçün istifadə olunan müasir müayinə metodudur.
MRT güclü maqnit və radiodalğalar vasitəsi ilə bütün bədənin diaqnostika və müalicəsi üçün təsvirlər yaradır. Müayinə zamanı rentgen şüadan istifadə olunmur. Bütün müayinələr kontrastlı və ya kontrastsız aparıla bilər.
Müayinədən öncə tibb personalına xəbərdarlıq edin :
- Süni ürək qapaqları
- Anevrizmal klipslər
- Ürək defibrilyatorları və kardiostimulyatorlar
- Koxlear implantlar
- Böyrək xəstəlikləri və ya dializ (kontrast maddəyə mütləq əks göstərişdir)
- Təzəlikcə yerləşdirilmiş süni oynaqlar
İcra olunan müayinələr :
- Abdominal MRT
- Neyrovizualizasiya
- MR uroqrafiya
- MRCP
- Baş və boyun şişləri
- Yumşaq toxumalar MRT
- Diffuziya ağırlıqlı vizualizasiya
- Spektroskopiya
- MR mammoqrafiya
- Stereotaktik beyin biopsiyasının planlaşdırılması
- Pediatrik vizualizasiya