Məcidova Lamiyyə Akif qızı
Həkim-onkoloq
  • lamiya_79@mail.ru
  • (012) 537-08-11
Bioqrafiya

1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

2002-2003-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir.

2009-2012-ci illərdə Milli Onkologiya Mərkəzində aspirantura təhsili almışdır.

2016-cı ildə Texas Universiteti MD Anderson Xərçəng Mərkəzinin Süd vəzi Onkoloji Cərrahiyyə şöbəsində təcrübə keçmişdir.

2019-cu ildə ABŞ-ın Nyu York şəhərində Sloan Kettering Memorial xərçəng mərkəzində Süd vəzi Cərrahiyyə şöbəsində təcrübə keçmişdir.

2003-2014-cü ildə Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsində baş laborant vəzifəsində çalışmışdır.

2014-2019-cu ildə Milli Onkologiya Mərkəzində Ümumi Onkologiya şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.

2019-cu ildən Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya şöbəsində elmi əməkdaş vəzifəsində çalışmaqdadır.

2013-cü il akademik C.Ə.Əliyevın rəhbərliyi altında “Erkən süd vəzi xərçənginin reseptor statusundan asıllı olaraq adyuvant müalicəsinin optimallaşması ” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.