- kazimov.kamal@yahoo.com
- (+994 12) 537-08-11
1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.
2004-2007-ci illərdə Rusiya Federasiyası Onkoloji Mərkəzində Şüa terapiya şöbəsində klinik ordinatura keçmişdir.
2008-2010-cu illərdə Milli Onkologiya Mərkəzində doktorantura təhsili almışdır.
2007-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsində radiasyon onkoloq vəzifəsində çalışmaqdadır.
Türkiyə, Almaniya və İtaliyada üzun müddətli ixtisas artırma kursları keçmişdir.
2010-cu ildə Azərbaycan Respublikası Milli Onkoloji Mərkəzində əyani doktorantı olmuş və “ Qeyri kiçik hüceyrəli ağciyər xərçənginin IIIa mərhələsinin kimya-şüa terapiyası mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Tibbi və elmi fəaliyyətinin əsas istiqaməti – Ağciyər, süd vəzi və prostat xərçəngi; lenfoproliferatif sistem, qarın boşluğu orqanları və retroperitoneal sahə, baş-boyun şişlərində IMRT və SBRT; palliativ radioterapiyadır.
Tibb üzrə fəlsəfə doktoru, elmi əməkdaşdır.
26 elmi nəşri çap olunmuşdur.