İsayev İsa Hüseyn oğlu
-
  • i_ isayev[a]mail.ru
  • -
Bioqrafiya

1972-ci ildə N.N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

1975-1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunda (Obninsk şəhəri) 2 illik «tibbi rentgenologiya və radiologiya» üzrə klinik ordinatura keçmişdir.

1987-1989-cu illərdə SSRİ Tibb Elmləri Akademiyasının N. N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində klinik onkoradiologiya üzrə doktorantura təhsili almışdır.

1972-1974-cü illərdə SSRİ Ordu sıralarında həkim vəzifəsində çalışmışdır.

1981-ci ildə SSRİ TİBB Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunun (Obninsk şəhəri) Elmi Şurasının qərarı ilə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir (mövzu: “Limfoqranulematoz (Hodkin’s disease) xəstəliyinin III-IV mərhələlərində şüa müalicəsinin (Radiation Therapy) kombinə olunmuş müalicədə rolu”)

1982-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunda şüa müalicəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1982-ci ildən etibarən Azərbaycan Respublikası Rentgenologiya, radiologiya və onkologiya Elmi-tədqiqat institutunda (hazırda-Milli Onkologiya Mərkəzi) şüa müalicəsi şöbəsində kiçik elmi işçi vəzifəsində fəaliyyətinin davam etdirmiş və daha sonra baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.

Hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin şüa terapiyası şöbəsinin rəhbəri, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, professordur. Beynəlxalq Ekoenergetika Akademiyasının müxbir üzvü, Amerika və Rusiya terapevt-onkoloq-radioloq cəmiyyətlərinin həqiqi üzvüdür.

1990-ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb Elmləri Doktoru elmi dərəcəsi verilmişdir  (mövzu: Qida borusu xərçənginin dinamik rejim və radiomodofikatorlala birgə şüa müalicəsi)

200-dən çox elmi işin, 3 monoqrafiya-tibbi dərsliklərin müəllifidir. Onun rəhbərliyi altın­da ona yaxın tibb üzrə fəlsəfə doktoru hazırlanmışdır.