İnvaziv diaqnostika və müalicə şöbəsi
İnvaziv Diaqnostika və müalicə şöbəsi 2014-cü ildə MOM-də yaradılmışdır. Şöbənin yaradılmasının əsas səbələrindən biri Milli Onkologiya Mərkəzində kiçik invaziv metodlara ehtiyacının artması olmuşdur. Elmi-texniki proqresslə əlaqədar olaraq son illərdə bu istiqamət dünyanın bir çox ölkəsində ciddi inkişaf etmişdir. Bu şəraitlər intervension radioloqlar üçün müasir rentgendiaqnostik kompyuter kompleksləri, az travmatik tibb alətlərinin yaradılmasına gətirib çıxarmışdır.
Bunun nəticəsində diaqnostik prosedurlardan əlavə, şüa metodlarını köməkliyi və istiqamətləndirilməsi ilə punksion və perkutan yollarla böyük cərrahi əməliyyatların laporotomiya olmadan keçirilməsi mümkün olmuşdur. Son dövrlərdə müalicəvi-diaqnostik ehtiyacların artması ilə əlaqədar olaraq intervension radiologiya istiqaməti tibbi ixtisas kimi digər ixtisaslardan ayrılmışdır.
Qeyd etmək lazımdır ki, intervension radioloqun vəzifəsi daha çox müalicəvi manipulyasiyalara doğru istiqamətlənir, diaqnostik vəzifələr isə getdikcə azalır. Şöbənin yaradılmasının əsas məqsədi pasiyentlərə yüksək texnologiyalı tibbi yardımın göstərilməsidir.
ŞÖBƏNİN ƏSAS GÖRDÜYÜ İŞLƏRƏ AŞAĞIDAKİLAR AİDDİR :
- Rentgen, US, KT altında az invaziv intervension manipulyasiyaların yerinə yetirilməsidir, bura daxildir:
- Nazik iynəli punksion biopsiya
- öd yollarını drenə edilməsi, perkutan xolangio- və xolesistomaların qoyulması
- perkutan nefro- və qastrostomaların qoyulması
- maye tərkibli boşluqların drenə edilməsi (abses, hematoma, biloma)
- patoloji daralmaların genişlənməsi, stentləmə, hemostaz (embolizasiya yolu ilə)
- kava-filtrlərin qoyulması (ağciyər arteriyasının tromboembolizasiyasının profilaktikası)
- hemostaz (embolizasiya üsulu ilə)
- çoliak kələfinin neyrolizisi
- Sümüklərin, yumşaq toxumaların, parenximatoz orqanların birincili və ikincili ocaqlı dəyişikliklərinin perkutan radiotezlikli termoablyasiyası;
- Müalicəvi və diaqnostik endoskopik və endoskopik US manipulyasiyalar (ERCP, EUS, EBUS)
- Biopsiyaların götürülməsi(EUS-FNA, EUS-TCB, EBUS-FNA):
- Divararalıq nahiyyəsi dəyişiklərdən
- Ağciyərin periferal yerləşən törəmələrdən
- Mədəbağırsaq ətrafı yerləşən parenximatoz və limfa düyünlərdən
- Mədəbağırsaq divarın dəyişiklərindən
- EUS istifadəsi ilə mədəaltı vəzdə yerləşən psevdokistlərin boşaldılması;
- Xroniki pankreatit və ya pankreas karsinomalara bağlı ağrılar zamanı çoliak kələfinin blokadası və neyrolizisi;
- EUS istifadəsi ilə dərmanların hədəfli yeridilməsi;
- Pankreatobiliar zonasının patologiyalarında endoskopik müalicəsi:
- Öd yolları və pankreas kanalların darlıqların dilatasiyası və stentləmə
- Pankreas kistlərin boşalması, ablyasiyası
- Papillanın sfinkterotomiyası
- Öd yolları və pankreas kanalların daşlarının xaric edilməsi
- Öd yollarınşişlə obstruksiyası zamanı (əsasən Klatskin törəmələrində) rekanalizasiya, ablasiya və ya braxiterapiya üsullarının istifadəsi
- Endovaskulyar manipulyasiyalar (damarların embolizasiyası, uşaqlıq arteriyasının embolizasiyası, kimyaembolizasiya);
- Böyrək və qaraciyər kistlərinin US nəzarəti altında kimyəvi ablyasiyası;
- Tibbi praktikaya yeni az invaziv tibbi-diaqnostik metodikaların işlənib hazırlanması və həyata keçirilməsi.
Rentgen əməliyyat kabineti SHIMADZU şirkətinin yeni nəsil angioqrafı ilə, OLYMPUS şirkətinin istehsal etdiyi endoskopik və endoskopik US apparatları, həmçinin bir ədəd US tomoqrafla təchiz olunmuşdur. Bu apparatura müxtəlif növ angioqrafik müayinələrin (visseral, serebral, perriferik); endovaskulyar manipulyasiyaların, rentgen cərrahi əməlliyatların keçirilməsinə imkan yaradır. İntervension radiologiya və endoskopiya metodlarının birgə istifadəsindən diaqnozun dəqiqləşdirilməsi, müalicə, və şiş xəstəliklərinin monitorinqi onun ağırlaşmalarının qarşısının alınmasının effektivliyinin qiymətləndirilməsində tətbiq olunur. Rentgen əməliyyat otaqlarında prosedurların xüsusən xəstələr üçün rahat keçməsi üçün anestezioloji dəstəkdən istifadə olunur.