İnfeksiya Nəzarət Komitəsi
Xəstəxana daxili infeksiyalar bütün dünyada xəstələnmə, ölüm göstəricilərinin və müalicə xərclərinin artma səbəblərindən biri olaraq qalır. Bu baxımdan bütün xəstəxanalarda infeksiyalara nəzarət proqramının tərtib olunması vacibdir. Müasir xəstəxanalarda fəaliyyət göstərən İnfeksiya Nəzarət proqramları ilk dəfə 1950-ci ildə İngiltərədə istifadə olunmağa başlamışdır. Bu proqramların əsas məqsədi xəstəxana daxili Staphylococcus spp. infeksiyalarının profilaktikası idi.
Milli Onkologiya Mərkəzində İnfeksiya Nəzarət Komitəsi 2010-cu ildə yaradılmışdır. Xəstəxana infeksiyalarina səbəb olan bir neçə vacib risk amili vardır ki, onkoloji xəstələrin immunsupressiv və immunsupressiv müalicə almalarıda bu risk qrupuna daxildir.
Komitənin yaradılma məqsədi:
- Xəstəxana Daxili İnfeksiyaların elmi əsaslara dayanaraq , düzgun və zamanında aşkar olunması, əmələ gəlmə səbəblərini aradan qaldıracaq yöntəm və standartların tərtib olunması, xəstələrdə, işçilərdə və ziyarətçilərdə yaranmasının qarşısının alınması profilaktikasıdır.
- Xəstəxana üzrə seminarlarin keçirilməsi personalın tibbi vərdişlərə düzgün yiyələnməsi, xəstəxana qaydalarına düzgün rəayət olunması da komitənin əsas iş prinsiplərindəndir.
- Antibiotiklərlə müalicə, dezinfeksiya, sterilizasiya, antiseptika proseduralarının yerinə yetirilməsi üçün və İnfeksiya Nəzarət proqramının işləməsi üçün lazım olan avadanlığın alınması barəsində qərar qəbul etmək.
- Xəstəxanada xəstələr və ya personal arasında hər hansı infeksion xəstəliyin yayılması riski olarsa, bu təhlükənin qarşısını almaq ücün tədbirlər görmək.
- Komitənin və əczaxananın hesabatlarına əsaslanaraq, antibiotiklərın işlənməsini və mikroblarda yaranan dirənclik problemlərinin müzakirəsi.
- Tibbi tullantıların toplanmasına və məhv olunmasına nəzarət.
- İnfeksiya Nəzarət həkimi tərəfindən hazırlanmış illik hesabatı qəbul etmək.
- İnfeksiya Nəzarət Komitəsinin işində yaranan bütün problemlərin və həlli yollarının müzakirəsi.
- İnfeksiya Nəzarət Komitəsi il ərzində vəziyyətdən asılı olaraq xırda iş qrupları yarada bilər.