İctimaiyyətlə əlaqələr qrupu
Milli Onkologiya Mərkəzinin fəaliyyətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələndirilməsini, habelə bu sahədə analitik-informasiya təminatını həyata keçirir;
Yerli kütləvi informasiya vasitələri nümayəndələrinin MOM-da akkreditasiyadan keçməsini təmin edir, MOM-nin baş direktoru ilə razılaşdırmaqla onları MOM-nin iclaslarına dəvət edir;
MOM-nin hesabatlarının və digər sənədlərin hazırlanmasında iştirak edir, MOM-nin baş direktorunun qrupa göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;
MOM-nin fəaliyyəti barədə foto və videosalnamə yaradılması sahəsində iş aparır;
Səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.