II Kimyaterapiya Şöbəsi




Şöbənin əsası 2014-ci ilin martın 3-də qoyulmuşdur.Son illərin təcrübələri göstərir ki,daha dar çərçivədə fəaliyyət göstərən mütəxəssislər həmin sahədə daha ugurlu və səmərəli nəticələrə əldə edirlər.Bu baxımdan klinik işin əsas istiqamətini qadınlarda süd vəzi xərçənginin və reproduktiv orqanların (yumurtalıq,uşaqlıq cismi,uşaqlıq boynu və s) bəd xassəli şişlərinin kimyəvi dərman müalicəsi təşkil edir.

Bununla belə şöbədə həmin loklizasiyalı şişlərin hormonal və target terapiyası da uğurla həyata keçirilir.Şöbənin əməkdaşları onkologiya sahəsində nüfuzlu NCCN,ESMO, ASCO kimi təşkilatların tövsiyyələrindən yararlanaraq xəstələrin müalicəsində standart kimyaterapiya protokollarından istifadə edirlər.

Bunlarla yanaşı şöbənin həkimləri mərkəzdə fəaliyyət göstərən ən müasir səviyyədə qurulmuş Molekulyar Onkoloji Labaratoriya ilə sıx əlaqə saxlayır.Labarotoriyada aparılan müvafiq analizlərin nəticəsində xəstələrə təyin olunması nəzərdə tutulan kimyəvi preparatların orqanizmə nə dərəcədə faydalı olacağı öncədən məlum olur.Beləliklə xəstələr lüzumsuz toksiki təsirlərə məruz qalmır,həmçinin dərman maddələrinə də qənaət edilir.

Şöbənin əməkdaşları Türkiyə,MDB və Avropanın bir sıra ölkərinin məhşur klinikalarında təkmilləşdirmə kurslarında olmuş, bu sahədəki biliklərini artırmaqla yanaşı,həmin klinikaların qabaqcıl mütəxəssislərilə birlikdə müştərək elmi araşdırmalara başlamışlar.

Şöbədə ən müasir avadanlıq quraşdırılaraq xəstələrin stasionar müalicəsi üçün komfortlu şərait yaradılmışdır.
II kimyaterapiya şöbəsində 5 həkim, 10 tibb bacısı, 10 xidmətçi tibbi personal fəaliyyət göstərir.