- doktor.hetemov@mail.ru
- +994(50/70) 367 07 71
1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.
1985-1986-cı illərdə Azərbaycan ET Rentgenologiya Radiologiya və Onkologiya institutunda İnternatura keçmişdir.
1990-1992-ci illərdə Respublika Onkoloji Elmi Mərkəzdə Onkologiya ixtisası üzrə Klinik ordinatura keçmişdir.
1998-ci ildə Rusiya Onkoloji Elmi Mərkəzdə ixtisasartırma kursunda iştirak etmişdir.
1986-1990-cı illərdə Quba Rayonlararası Onkoloji Dispanserdə həkim-onkoloq vəzifəsində çalışmışdır.
1993-cü ildən Milli Onkologiya Mərkəzinin Torakal Onkologiya şöbəsində elmi işçi vəzifəsində çalışmaqdadır.
Hətəmov A.Q. kliniki onkologiya üzrə ixtisaslı mütəxəssisdir.
MOM-un torakal onkologiya şöbəsində aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edir, elmi-tibbi jurnallarda elmi məqalələrlə çıxış edir, 90-a yaxın elmi məqaləsi çap olunmuşdur.
Hazırda şöbədə “Ağ ciyər xərçənginin cərrahi əməliyyat sonrakı nəticələrin proqnozlaşdırılması.” mövzusu üzrə aparılan elmi-tədqiqat işinin icrasında iştirak edir.
Mərkəzin elmi-praktik işlərində, onkologiyaya aid keçirilən respublika və beynəlxalq əhəmiyyətli konfranslarda iştirak edir.