Həsənova Zemfira Məbud qızı
Həkim-radioloq
  • zema_hasanova@mail.ru
  • (+994 12) 537-08-11
Bioqrafiya

1989-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

1994-1996-cı illərdə Milli Onkologiya Mərkəzində klinik ordinatura keçmişdir.

2005-2008-ci illərdə Milli Onkologiya Mərkəzində aspirantura təhsili almışdır.

1996-cı ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsində həkim-radioloq vəzifəsində çalışmaqdadır.

2008-ci ilin iyun ayında “Qırtlaq-udlaq xərçəngi olan xəstələrdə sürətləndirilmiş hiperfraksiya rejimində qamma-şüalanmasının ayrılıqda və 5-ftorurasil və sisplatin ilə birlikdə şua müalicəsinin nəticələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Tibb elmləri üzrə fəlsəfə doktorudur.

Tibbi və elmi fəaliyyətinin əsas istiqamətləri – süd vəzi şişləri, baş-boyun şişlərinin şüa terapiyasıdır.