Cərrahi əməliyyat şöbəsi



Cərrahi əməliyyat bloku 2009-cu ildən fəaliyyət göstərir.Əməliyyat blokunda 12 müstəqil əməliyyatxana vardır. Hər bir əməliyyaxana əməliyyat otağından,xəstənin giriş şlüzindən,cıxış şlüzindən və cərrahi əl yuma otağından ibarətdir. Əməliyyat blokunun giriş hissəsində transfer yerləşir.Xəstə şöbədən çarpayı vasitəsilə transfer otağına gətirilir və ötürücü qurğu vasitəsilə bir başa əməliyyat masasına ötürülür.

Əməliyyat otağı yüksək standartlara cavab verir.Divarları bakteriosid xüsusi metal örtüklərlə təchiz olunmuşdur,tam hermetikdir.Otaqların hamısı rentgen şüalarına və yanğına davamlıdır. Tavan laminar hava axını ilə təmin olunmuşdur.Otağın bütün idarə olunması bir paneldəndir. Əməliyyat lampaları ən son işıqlanma texnologiyası ilə (LED texnologiyası)hazırlanmışdır.

Əməliyyatxana həmçinin xüsusi kameralarla təchiz olunmuşdur ki, bununla əməliyyatların gedişini izləmək və qeydə almaq mümkündür. Əməliyyat  blokunda narkozdan ayiltma otaqlarıda vardır. Cərrahi əməliyyat blokunda bir həkim-şöbə müdiri Zeynalova Ülviyyə Əli qızı,16 əməliyyat tibb bacısı,14 kiçik tibb işçisi fəaliyyət göstərir.