Ağayev Məcid Ramiz oğlu
Həkim-onkoloq
  • medjid_aghayev@mail.ru
  • (+994 12) 537-08-11
Bioqrafiya

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

2005-2006-cı illərdə Onkoloji Dispanserdə internatura keçmişdir.

2006-2011-ci illərdə Klinik Travmatologiya Xəstəxanasında travmatoloq-ortoped vəzifəsində çalışmışdır.

2012-ci ildən Milli Onkologiya Mərkəzində Ümumi Onkologiya şöbəsində ortoped-onkoloq vəzifəsində çalışmaqdadır.

Azərbaycan Onkologiya və Hematologiya jurnalı, Bakı 2010 № 113.

Onurğanın metastatik törəmələrində dekompresiya və fiksasiya əməliyyatının
keyfiyyətinin yaşama üzərinə olan təsirlərinin araşdırılması.

2012-ci ildə Bakıda keçirilmiş Ümummilli Lider H. Əliyevin ad gününə həsr olunmuş elmi-praktiki konfransında iştirak etmişdir.

2013-cü ildə Qazaxıstanda keçirilən MDB-nin onkoloq və radioloqlarının VII qurultayında "Etil spirti və formalinin əməliyyat zamanı istifadəsinin anevrizmal sümük kistinin residivləşməsinə təsiri" mövzusu ilə iştirak etmişdir.

Daban lokalizasiyalı törəmələrin  cərrahi müalicə variantı olaraq tərsaxımlı sural fleb tətbiqi.

2014-cü ildə Bakıda keçirilmiş Ümummilli Lider H. Əliyevin ad gününə həsr olunmuş elmi-praktiki konfransında iştirak etmişdir.