Bakıda V Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib
10.12.2022

Dekabrın 10-da Bakıda  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə hibrid formatda V Beynəlxalq uroonkologiya simpoziumu keçirilmişdir. ətraflı...

Milli Onkologiya Mərkəzinin həkimi dünyasını dəyişib
17.10.2022

Milli Onkologiya Mərkəzinin tanınmış həkimi Rüstəm Maqsudov dünyasını dəyişmişdir. O, Mərkəzin Şüa diaqnostika şöbəsində həkim-radioloq vəzifəsində çalışırdı. Rüstəm Maqsudov Mərkəzdə həssas, mehriban, səmimi bir insan kimi tanınırdı. Milli Onkologiya Mərkəzinin rəhbərliyi və kollektivi Rüstəm Maqsudovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət etsin! ətraflı...

“Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda profilaktik müayinə və maarifləndirmə aksiyalarına start verilib
10.10.2022

Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Milli Onkologiya Mərkəzi (MOM) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda profilaktik müayinə və maarifləndirmə aksiyalarına start verilib. ətraflı...

Akademik Cəmil Əliyev mötəbər elmi jurnalın redaksiya heyətinin üzvü seçilmişdir
16.09.2022

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində nəşr olunan "Вопросы онкологии" (“Onkologiya məsələləri”) elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. Akademik Cəmil Əliyev 2022-ci il sentyabrın 15-də jurnalın yenilənmiş redaksiya heyətinin ilk iclasında iştirak etmişdir. ətraflı...

Ağciyər xərçəngində qeyri-invaziv diaqnostika
15.09.2022

Hazırda qeyri-invaziv diaqnostika metodları onkoloji tədqiqatlarin və bu tədqiqatların onkoloji klinikalara tətbiqinin diqqət mərkəzindədir. Avropa Şurasının H2020 MARIE SKLODOWSKA-CURIE (2017-2022) təqdim etdiyi  Lung Cancer layihəsinin əsas məqsədi daha ucuz başa gələn və qısa müddət ərzində (2-3 saat) müalicənin gedişini dəyişə bilən qeyri-invaziv metodların araşdırılması və onkoloji klinikalarda tətbiqidir.  ətraflı...