Professor İsa İsayev “Əmək” ordeni ilə təltif edildi
15.04.2020|
Oxunma sayı: 10515
Şriftin ölçüsü
![](resources/images/font_plus.png)
![](resources/images/font_minus.png)
![Professor İsa İsayev “Əmək” ordeni ilə təltif edildi](resources/content_img/fotolar/mom/DSC01732.jpg)
Prezident İlham Əliyev İsa Hüseyn oğlu İsayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Azərbaycanda səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə İsa Hüseyn oğlu İsayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, İ.İsayev Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbərdir.