Xəstəxanadaxili İnfeksiyalar üzrə Azərbaycan-Türkiyə Konfransı

|

2020-ci il  fevralın 21-də Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin xüsusi dəstəyi ilə Bakıda “Xəstəxanadaxili İnfeksiyalar üzrə Azərbaycan-Türkiyə Konfransı” keçiriləcəkdir. Konfransın əsas məqsədi iştrakçıları inkişafda olan Azərbaycan səhiyyəsinin dünyada baş verən tibbi  proseslərə fəal inteqrasiyası, eyni zamanda, beynəlxalq tibb elmində baş vermiş nailiyətləri barədə geniş şəkildə məlumatlandırmaqdır. Tədbirdə yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislər bu sahədə ən son elmi və praktiki bilikləri iştirakçılarla paylaşacaqlar. Konfransda tələbə, rezident, həkim və mütəxəssislərlə tibb sahəsində bir sıra aktual mövzuları müzakirə edəcəklər.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir və 18 kredit vahidi verilmişdir.

Tədbir Milli Onkologiya Mərkəzində keçiriləcək. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Yerlər məhdud olduğu üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur. Tədbirdə iştirak ödənişlidir.

Qeydiyyatdan keçmək üçün: mob.+994 51 931 23 12