Milli Onkologiya Mərkəzinin Qadın Dünyası şöbəsinin həkimləri Nar bayramında maarifləndirmə aksiyası keçiriblər

|

Milli Onkologiya Mərkəzinin Qadın Dünyası şöbəsinin təşəbbüsü ilə oktyabr ayında süd vəzi sağlamlığı mövzüsunda Bakı şəhərinin müxtəlif yerlərində təşkil olunmuş aksiyalarından sonra, regionlarda da, maarifləndirmə aksiyaları keçirilməsi planlaşdırılır.

Növbəti tədbir Göyçay şəhərində Nar bayramı zamanı baş tutub. Aksiya 3-4 noyabr, 2017-ci il tarixində kecirilib. Bu tədbirin məqsədi ictimaiyyətin Qadın sağlamlığına diqqətini artırmaq və onkolojı xəstəliklərlə bağlı əhalini məlumatlandırmaqdır. Bayrama bütün Azərbaycan bölgələrindən gələn insanlar ümumi məlumat almaqla yanaşı, aksiyada iştirak edən mərkəzin həkimlərindən onları maraqlandıran suallara daha ətraflı cavab  ala bildilər.