Milli Onkologiya Mərkəzində görüş

|

2019-cu il mayın 1-də Böyük  Britaniyanın Oksford Universitetinin iki məşhur tibb mütəxəssisi -  xərçəng araşdırmaları üzrə professor Deyvid Kerr və xərçəng biologiyası üzrə ekspert , professor  Nikolas B La Tangue Milli Onkologiya Mərkəzində olmuşdular.

        Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyev  qonaqları  salamlayaraq,  ölkənin bu nəhəng tibb ocağının strukturu və fəaliyyəti, son illərdə burada pasiyentlərin müayinəsi və müalicəsi sahəsində görülmüş işlər haqqında ətraflı məlumat vermişdir. Akademik Cəmil Əliyev MOM-da  innovativ yeniliklərin tətbiqində dövlətimizin, şəxsən Prezident İlham Əliyevin gündəlik qayğısı və diqqətini xüsusi vurğulamışdır.

   Professorlar Deyvid Kerr və Nikolas B La Tangue Milli Onkologiya Mərkəzini gəzmiş, burada elmi tədqiqatlar və xəstələırin intensiv müalicəsi üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

  Mərkəzin tibbi heyəti tərəfindən maraqla qarşılanan professor Deyvid Kerr “Kolorektal xərçəngdə biomarkerlərin rolu” mövzusunda geniş mühazirə ilə çıxış etmişdir.Öz zəngin bilik və təcrübəsini  həmkarları ilə bölüşən məşhur onkoloqla Milli Onkologiya Mərkəzinin həkimləri arasında maraqlı, konstruktiv diskussiya və geniş fikir mübadiləsi  keçirilmişdir. Professorun  mühazirəsi  həkimlərin böyük diqqətinə səbəb olmuşdur .