Baronessa E.Nikolsonun Akademik C.Əliyeva təşəkkür məktubu

|

6 iyun 2018-ci il tarixdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi  Emma Nikolson Milli Onkologiya Mərkəzinin baş direktoru Akademik Cəmil Əliyevə təşəkkür məktubu göndərib.Məktubda Baronessa Emma Nikolson Akademik Cəmil Əliyevə təşkil edilmiş görüş üçün minnətdar olduğunu bildirib.Baroneesa həmçinin Akademik Cəmil Əliyevi gələcək əməkdaşlıq üçün  Birləşmiş Krallığa dəvət edib.

Xatırladaq ki, iyunun 1-də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, Akademik Cəmil Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu Milli Onkologiya Mərkəzində qəbul etmişdi.

Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra vacib sahələrdə mövcud əməkdaşlığın səviyyəsindən razılığını ifadə edərək onun daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. O, Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu bildirmiş, burada onkoloji xəstəliklərin profilaktikası və müalicəsi sahəsində görülən işləri yüksək qiymətləndirmişdi.