Onko-hematologiya şöbəsi




Şöbənin əsası 1994-cü ildə, “Hematologiya” şöbəsi kimi qoyulmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin onkohematologiya şöbəsi bir sıra onkohematoloji xəstəliklərin dərman müalicəsi sahəsində Respublikanın onkoloji xidmət sistemində elmi-tədqiqat və təşkilati-metodik mərkəzi sayılır.


Şöbənin elmi-tədqiqatlarının əsas istiqamətləri aşağıdakılardır:

  • Bir sıra onkohematoloji xəstəliklərin dərman müalicə üsullarının işlənilməsi və onların təkmilləşdirilməsi.
  • Respublikada onkohematoloji xəstəliklərin yayılmasının öyrənilməsi.
  • Onkohematoloji xəstəliklərə qarşı preparatların tədqiqi və geniş praktikaya yeridilməsi.

Klinik işin əsas istiqamətini Hockin limfoması, qeyri-Hockin limfoması, mielom xəstəliyi və bir sıra hallarda xroniki leykoz xəstələrinin müayinə və müalicəsi təşkil edir. Bununla yanaşı, şöbənin əməkdaşları müasir onkohematologiyada istifadə olunan kauzal (dərman və şüa ) patogenetik və qoruyucu terapiyanın daha təsirli üsul və vasitələrindən istifadə etməyə çalışırlar. Şöbədə ötən illər ərzində Azərbaycanda limfomaların epidemiologiyası sahəsində elmi-kliniki axtarışlar aparılmışdır.

Praktiki səhiyyə sahəsində şöbənin əsas məsələləri bir sıra onkohematoloji xəstəliklərin müalicəsinin aparılması təşkilinin təkmilləşdirilməsi, konsultativ-metodik köməyin göstərilməsi və Respublikanın rayonlararası onkoloji dispanserləri üçün yüksək dərəcəli kadrların hazırlanmasıdır.

Profil xəstələrin kimyəvi dərman müalicəsində səmərəli proqramların optimallaşdırılması və təcrübədə həyata keçirilməsi ilə yanaşı, xəstələrin həyat keyfiyyəti və ənənəvi müalicə üsullarının keyfiyyətinin yaxşılaşdırmağa imkan verən müasir biotexnoloji preparatlardan geniş istifadə olunur. Şiş əleyhinə rezistentliyin və şiş əleyhinə immunitetin öyrənilməsinə dair orijinal axtarışlar aparılmış və bir sıra immunmoduləedici və biomodifikasiyaedici preparatlar sınaqdan keçirilmişdir.

Bundan başqa bu şöbədə limfoma və digər bədxassəli şişləri olan xəstələrin, xüsusilə də onların qara ciyərin subklinik disfunksiyası, hepatit və herpes viruslarının limfomaların patogenezində rolunun aşkarlanması sahəsində maraqlı klinik-patofizioloji axtarışlar aparılır. Onların nəticələri bir çox monoqrafiyalarda, həmçinin, Azərbaycanda və xaricdə dərc olunmuş yüzdən çox elmi işlərdə öz əksini tapmışdır.

Onkohematologiya şöbəsi Mərkəzin Müalicə korpusunun III-IV mərtəbəsində yerləşir. Şöbə sərt və yumşaq avadanlıqla yüksək dərəcədə təmin olunub. Şöbədə müxtəlif diaqnostik manipulyasiyalar: döş sümüyünün aspirasyon biopsiyası, çanaq sümüklərinin trepanasion biopsiyası və s. aparılır.

Kimyaterapiya prosedurları yüksək səviyyədə, bu sahədə praktikada geniş tətbiq olunan ən müasir kimyəvi dərman maddələrinin daxil olduğu müalicə sxemlərinin tətbiqi ilə, müasir dozatorlar vasitəsi ilə təcrübəli tibbi personal tərəfindən həyata keçirilir. Şöbəyə yanaşı xəstəlikləri olan pasientlərin yüksək həyat keyfiyyətini təmin etmək üçün müxtəlif ixtisaslı həkimlər dəvət olunur, konsultasiyalar təşkil olunur və yanaşı müalicə aparılır.

Şöbənin əməkdaşları mütəmadi olaraq müxtəlif ölkələrdə konfrans, konqres, simpozium və qurultaylarda iştirak edir, müasir elmi yeniliklər, müalicə və diaqnostika üsullarının praktikada tətbiqi və nəticələri ilə tanış olurlar.