“Süd vəzi görüntüləməsi-iri format, histopatoloji korrelasiya. Hissə 1” adlı vebinar

|

26 sentyabr 2022-ci il tarixində “Süd vəzi görüntüləməsi-iri format, histopatoloji korrelasiya. Hissə 1” adlı vebinar keçiriləcək.

Vebinarda İsveçrə Uppsala Universitetinin radiologiya üzrə professoru, Falun Mərkəzi Xəstəxanasının Mamoqrafiya şöbəsinin tibbi direktoru, Amerika Birləşmiş Ştatlarında çoxsaylı süd vəzi mərkəzlərinin məsləhətçi radioloqu, “Randomized Controlled Breast Cancer Screening” layihəsinin rəhbəri, “Mammography Education Inc.”-in prezidenti prof. Laszlo Tabar iştirak edəcək.

Tədbir ingilis dilində ZOOM platforması üzərindən onlayn şəkildə keçiriləcək.

Tarix: 26 sentyabr 2022-ci il, saat 16:00

Qeydiyyat: http://mom.gov.az/?smode=register&item=860&lang=az

Son qeydiyyat tarixi: 26 sentyabr, 2022 saat 12:00

Tədbir günü qeydiyyat zamanı qeyd etdiyiniz elektron ünvana iştirak üçün link və məlumat göndəriləcək.