“Onkologiyada immunoterapiya”adlı seminar

|

2019-cu il sentyabrın 20-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində“Onkologiyada immunoterapiya”adlı seminar keçiriləcəkdir.

Seminarda onkoloji xəstəliklərdə immunoterapiyanın rolu məsələləri müzakirə ediləcəkdir. Seminarda Rusiya Federasiyasından immunoterapiya üzrə tanınımış mütəxəssislər: Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor, N.N. Petrov adına Elmi-Tədqiqat Onkologiya İnstitutunun şiş hüceyrələrinin böyüməsi biologiyası şöbəsinin rəhbəri Yevgeni Naumoviç İmyanitov və tibb elmləri doktoru, professor, N.N. Bloxin adına Elmi-Tədqiqat Onkologiya İnstitutunun aparıcı elmi işçisi, onkoloq-terapevt Valeri Vladimiroviç Breder onkologiyada immunoterapiyanın rolunu əhatə edən təqdimatlarla çıxış edəcəklər. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Seminar Milli Onkologiya Mərkəzinin Müalicə korpusunun konfrans zalında keçiriləcəkdir. Tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir və 3 kredit vahidi verilmişdir.

Qeydiyyat 2019-cu il sentyabrın 20-də saat 14:00-da başlayır. Qeydiyyat yerində şəxsiyyət vəsiqəsi ilə aparılacaq. Tədbirdə iştirak pulsuzdur. Öncədən qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz:
http://mom.gov.az/?smode=register&item=655&lang=az

Ətraflı məlumat üçün:
mob.: +994554955569
e-mail: internationalnoc@gmail.com