Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi dərman, sarğı ləvazimatlarının və materiallarının satınalınması üçün

|

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi

dərman, sarğı ləvazimatlarının və materiallarının satınalınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması.

  1. Tenderin iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender təklifi, təklifin bank təminatı və qiymət cədvəlini 1 ədəd “Əsli” və 1 ədəd “Surəti” olmaqla ikiqat bağlı zərfdə və hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənmiş şəkildə yazılı surətdə 28 yanvar 2016-cı il, saat 18:00-a qədər Milli Onkologiya Mərkəzinə (AZ1011, Bakı şəhəri, H.Zərdabi küçəsi 79B) təqdim etsinlər.
  2. Tender prosedurunun başlanması və təklif zərflərin açılışı 29 yanvar 2016-cı il saat 15:00-da.
  3. Tender təkliflərində malların qiymət dəyərindən başqa Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilər, rüsumlar, və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.
  4. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün iddiaçılarda üstünlük veriləcək meyarlarda sərfəli qiymət, maliyyə və texniki imkanlar, etibarlığının olması nəzərə alınacaqdır.
  5. Satınalma üzrə malların göndərilməsi və işlərin başa çatdırılması müddəti 1 il.
  6. Tenderde iştirak etmək istəyənlər lot üzrə 800 (səkkiz yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtləri toplusunu ala bilərlər (əlaqə telefonu 537-13-04).

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

M/h: AZ85NABZ01360100000003003944

S.W.I.F.T. BİK CTREAZ22

Milli Onkologiya Mərkəzi

İBAN: AZ74CTRE00000000000004448470

VÖEN: 1300597461

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

  1. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
  2. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən mal göndərənlər aşağıdakı sənədləri təqdim etməlidirlər;

-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

-Tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-İddiaçinin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq olunmuş), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçının son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.

İddiaçılar tenderde iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və təklifin bank zəmanəti istisna olmaqla) tender prosedurunun başlanmasından 7 (yeddi) bank günü əvvəl (15 yanvar 2016-cı il saat 18 00-a qədər) Milli Onkologiya Mərkəzinə (ünvan Bakı şəh., H.Zərdabi 79B)təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş tender təklifləri Tender Kommisiyası tərəfindən qəbul olunmur və açılmadan geri qaytarılır.

İddiaçı və ya onun notarial qaydada təsdiqlənmişsənədlə müvəkkil etdiyi şəxs tender prosedurunun açılışında iştirak edə bilər.

 Tender Kommisiyası