3-cü Bakı Endoskopik Forumu

|

Milli Onkologiya Mərkəzində 09 noyabr tarixində Azərbaycan Onkoloqlar Cəmiyyətinin dəstəyi ilə “3-cü Bakı Endoskopik Forumu” keçiriləcəkdir.

Tədbirdə Ukraynanın Kiyev şəhərinin Oberiq universitet klinikasının Endoskopiya və mənfəzdaxili cərrahiyyə şöbəsinin rəhbəri V. Yakovenko və Belarusiyanın Minsk şəhərinin Uşaq qastroenteroloji klinikasının diaqnostika şöbəsinin rəhbəri, Belarusiyanın uşaq endoskopiyası üzrə baş mütəxəssisi K. Maraxovskiy iştirak edəcəkdir.Konfransda xarici qonaqlar tərəfində əməliyyatxanada həyata keçiriləcək endoskopik manipulyasiya və əməliyyattların canlı nümayişi, mulyajlar üzərində mütəxəssis-moderatorların dərsləri çərçivəsində endoskopik işləmlər və həmçinin xarici mütəxəssislərin eləcə də Milli Onkologiya Mərkəzinin aparıcı həkimlərinin məruzələri öz əksini tapacaqdır.

9 noyabr 2019-cu il tarixində Milli Onkologiya Mərkəzində keçiriləcək konfrans və əməliyyatlar Gəncə Mərkəzi klinikasının akt zalında Gəncə və Gəncə ətrafı rayonlardan olan həkimlər üçün tele-körpü vasitəsi ilə nümayiş olunacaqdır. Konfransın rəsmi dili azərbaycan dilidir. Konfransda qastroenteroloqlar, endoskopistlər, cərrahlar və uşaq cərrahları , pediatrlar, onkoloq və terapevtlər iştirak edə bilərlər. 

Qeydiyyat 2019-cu il noyabrın 9-u saat 08:30-da başlayır. Qeydiyyat yerində şəxsiyyət vəsiqəsi ilə aparılacaq.

Tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir və 16 kredit vahidi verilmişdir.

Qeydiyyat http://endoforum.az/ saytında aparılır