“Xərçəng xəstəliyinin müasir diaqnostika və müalicə metodları” mövzusunda elmi-praktiki konfrans

|

2013-cü il dekabr ayının 8-də Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçiliği ilə “Xərçəng xəstəliyinin müasir diaqnostika və müalicə metodları” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfans “Hyatt Regency Baku Hotel ” nin “Şuşa” zalında keçirilib. Simpoziumun açılışından sonra proqram üzrə  mütəxəssislər öz məruzələri ilə çıxış etdilər: Prof. Dr. Haluk Onat (“Onkologiyada genetik və molekular markerlərin istifadəsi və vacibliyi”  Anadolu Sağlık Mərkəzi (JHH) İstnabul); Dos.Dr. Bülent Akdoğan (“Prostat vəzi xərçənginin müasir müalicə yolları” Hacettepe University Tibbi fakultəsi, Ankara);  T.ü.f.d. Fuad Quliyev (“Prostat vəzi xərçənginin müasir müalicə yolları” Milli Onkologiya Mərkəzi); B.ü.f.d. Leyla Məlikova (“Farmakogenetika və onun bədxassəli şişlərin müalicəsində rolu”, Milli Onkologiya Mərkəzi); Dr.Azad Əbürrəhimov (“Azərbaycan Respublikasında qida borusu xərçəngi ilə xəstələnmənin risk faktorları”, Milli Onkologiya Mərkəzi); T.ü.f.d.İlqar Musayev (“HER2 target terapiyanın tərəqqi yolu”, Milli Onkologiya Mərkəzi); T.ü.f.d. Samir Qurbanov (“Süd vəzi xərçənginin müalicə və diaqnostikasının müasir aspektləri”, Milli Onkologiya Mərkəzi); Dr.Tünzalə Məmmədova (“Süd vəzi xərçəngi və genetik müayinələr”, Milli Onkologiya Mərkəzi); Dr. Əlövsət İsayev (“Osteosarkomada cərrahi müalicənin prinsipıəri”, Milli Onkologiya Mərkəzi); Dr.Günay Əliyeva (“Yerli yayılmış və fəsadlaşmış uşaqlıq boynu xərçəngin cərrahi müalicəsinin aktualliğı”, Milli Onkologiya Mərkəzi).Konfrans müzakirələrdən sonra başa çatdı.