“Qalxanabənzər vəzinin xəstəlikləri ” mövzusuna həsr olunmuş elmi-praktiki konfrans

|

2014-cü il oktyabrın 11-də Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçiliği ilə Qəbələ şəhərində “Qafqaz Resort Hotel”in konfrans zalında “Qalxanabənzər vəzinin xəstəlikləri” mövzusuna həsr olunmuş elmi-praktiki konfrans keçirilib.Konfransa dəvət olunanlar arasında Milli Onkologiya Mərkəzindən əlavə, M.A.Tobçubaşov  adına Elmi Cərrahiyyə Mərkəzinin,  Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun,  Mərkəzi Dənizçilər Xəstəxanasının, 3 saylı Bakı şəhər Klinik Xəstəxanasının, Respublika Endokrinoloji Mərkəzinin, 2 saylı Sumqayıt şəhər Xəstəxanasının , Qəbələ, Şamaxı , Zaqatala Müalicə Diaqnostika Mərkəzlərinın,  Balakən, Şəki, Ağsu, Oğuz, Yevlax, Qax, Ucar, Ağdaş, Mungəçevir, Zaqatala, Göyçay, Bərdə Mərkəzi Rayon Xəstəxanalarının 180 nəfərdən çox mütəxəssisləri iştirak etmişdir.

Konfransda  məruzələr ilə çıxış etdilər:

  • T.ü.e.d, prof. Rauf Cabbarov (“Yod çatışmazlığı və qalxanabənzər vəzinin xəstəlikləri”, Respublika Endokrinoloji Mərkəzin direktoru);
  • T.ü.e.d. prof. Əziz Əliyev (“Qalxanabənzər vəzinin xərçəngi:Total tireoidektomiya və limfodisseksiya əməliyyatlarının əhəmiyyəti”, Milli Onkologiya Mərkəzinin baş –boyun şöbəsinin cərrah-onkoloqu);
  • Dr. Fuad Əliyev (“Qalxanabənzər vəzi xəstəliklərində Radionuklid diaqnostika və terapiyasının əhəmiyyəti”, Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsinin həkimi);
  • T.ü.f.d. Şahin Osmanov, Dr. Bahadur Abbasov (“Qalxanabənzər vəzi biopsiyalarının morfoloji analizi: Sitoloji-Histoloji nümunələrin tədqiqatında “The Bethesda System” təsnifatı”, Milli Onkologiya Mərkəzinin patomarfologiya laboratoriyasının rəhbəri, MOM-un patomarfologiya laboratoriyasının həkimi);
  • T.ü.f.d. Nazim Quliyev (“Qalxanabənzər vəzinin medulyar xərçəngi”, Milli Onkologiya Mərkəzinin baş-boyun şöbəsinin müdiri);
  • Prof. Dr. Gümrah Əliyev (“Karsinoid şişlər və onların metastazları zamanı mitoxondrial  DNT –nin yüksək proliferasiyası və bölünməsinin erkən diaqnostik marker kimi əhəmiyyəti”, Atlanta Universiteti, San Antonio, ABŞ)

Konfrans yüksək elmi səviyyədə və iştirakçıların fəalliğı ilə keçdi, belə ki, məruzənin sonunda verilən suallar və alınan cavablar iştirakçıların simpoziuma yüksək marağından xəbər verirdi.