Milli Onkologiya Mərkəzi və Bayındır Sağlıq Grubu arasında əməkdaşlıq.
25.11.2013|
Oxunma sayı: 5063
Şriftin ölçüsü
25 noyabr 2013-cü ildə Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Bayındır Sağlıq Grubu arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair müqaviləyə imza atılıb. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik C.Ə.Əliyev və Bayındır Sağlıq Grubunun genel müdiri cənab Doğan Sarban tərəfindən imzalanan razılaşmada alim və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqat proqramları, layihələrin hazırlanması, tibb bacıların və köməkçi personalın təhsili və digər istiqamətlərdə əməkdaşlıq edəcək.