VI Beynəlxalq Uroonkologiya Simpoziumu

|

1-2 dekabr 2023-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş VI Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilməsi planlaşdırılır. Simpozium Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyəti tərəfindən birgə təşkil edilir.

Tədbirdə Azərbaycan mütəxəssisləri ilə yanaşı ABŞ, Almaniya, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Türkiyədən mütəxəssislər uroonkoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər. Simpozium çərçivəsində 1 dekabr 2023-cü il tarixində Milli Onkologiya Mərkəzində təlim və əməliyyatların keçirilməsi nəzərdə tutulur.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir və 15 kredit vahidi verilmişdir.

Tədbir hibrid formatda keçiriləcək və “Zoom” platforması üzərindən yayımlanacaq.

Simpoziuma qeydiyyat ixtisas üzrə aparılır. Tədbirdə onkoloq, uroloq və radioloqlar iştrak edə bilər. Tədbirdə iştirak pulsuzdur.

Son qeydiyyat tarixi: 30 noyabr, 2023 saat 12:00

Qeydiyyat üçün: https://forms.gle/Q4pKv4qPJUhLywd5A

Tədbir günü qeydiyyat zamanı qeyd etdiyiniz elektron ünvana iştirak üçün link və məlumat göndəriləcək.

Ətraflı məlumat üçün:

mob.: +994554955569

e-mail: aoc.com.az@gmail.com