Tibbi fizika və klinik topometriya şöbəsi
Тibbi Fizika və Kliniki Topometriya şöbəsi, Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əziz oğlu Əliyevin əmri ilə 2009-cu ildə ayrıca struktura ayrılıb. Şöbənin yaranmasınin zərurəti, şüa terapiyasının sürətli inkişafı, müasir radioterapevtik avadanlıqların sayının artması və xəstələrin şüa terapiyasının dozimetrik və topometrik təminatın keyfiyyətli yeni, daha yüksək səviyyədə aparılmasından irəli gəlirdi.
Hal-hazırda şöbə xəstələrin topometrik hazırlanmasını, radioterapevtik avadanlığın dozimetrik kontrolunu və bütün növ şüa müalicəsinin (distansion və kontakt qamma-terapiyasi, xətli sürətləndiricilərdə aparılan X-Ray şüalanması, elektronlarla şüalanma) planlaşdırılmasını həyata keçirir. Şöbənin əsas vəzifələrdən biri, müasir şüa müaləcəsinin hazırlanması, planlaşdırılması və həyata keçirilməsi proseslərinin keyfiyyətinin nəzarətini və qarantiyası proqramının hazırlanması və tətbiqidir.
Şöbənin arsenalında Almaniyanın Computerized Medical Systems şirkətinin XiO, ABŞ-nın VARİAN şirkətinin ECLİPSE distansion şüa terapiyasının planlaşdırma sistemləri, VARİAN şirkətinin BrachyVision kontaktlı şüa terapiyasının planlaşdırma sistemi, Almaniyanın PTW şirkətinin dozimetrik avadanlıqları (Farmer, Roos vя plane-paralelle tipli ionlaşdırıcı kameralar, UNİDOS kliniki dozimetirlər, müxtəlif ölçülərdə su fantomları, şüa sahəsinin parametrlərinin uç ölçüdə qeydiyatını və analizini aparmaq imkanı olan MEPHİSTO MC2 proqram təminatı, braxiterapiya aparatlarında ölçmələrin aparılması üçün well-chamber tipli ionlaşdırıcı kameralar) mövcuddur. Şöbənin tərkibində təcrübəli mütəxəssislərdən ibarət texniki servis xidməti yaradılıb.
Şöbədə aşağıdakı istiqamətlərdə elmi işlər aparılır:
- Şişlərin müxtəlif lokalizasiyası ilə onkoloji xəstələrin distansion şüa müalicəsinin yeni dozimetrik planlaşdırma metodlarının hazırlanması.
- Şişlərin müxtəlif lokalizasiyası ilə onkoloji xəstələrin kontakt şüa müalicəsinin yeni dozimetrik planlaşdırma metodunun hazırlanması.
- Distansion və kontakt şüa müalicəsi aparatlarında dozimetriyanın aparılmasın ən elmi-təcrübi aspektlərinin hazırlanması.
- Yeni avadanlığın və şüa müalicəsi metodlarının keyfiyyətinə nəzarəti və qarantiyası proqramının hazırlanması və tətbiqi.
- Şişlərin müxtəlif lokalizasiyası ilə onkoloji xəstələrin şüa müalicə metodlarının optimizasiyası.
Şöbənin əməkdaşları iş yerlərində Azərbaycanın müxtəlif müalicəvi-radioloji təşkilatlarından mütəxəssislərin təhlilinə görə tədris və elmi-konsultativ işlər aparırlar. Təcrübəni onkoloji xəstələrim şüa müalicəsinin hazırlanması, planlaşdırılması va həyata keçirilməsi ilə məşğul olan mühəndislər, tibbi-fiziklər, həkim-radioloqlar və şüa terapevtləri keçirirlər.
Milli Onkologiya Mərkəzinin tibbi fizika və klinik topometriya şöbəsi ölkədə yeganə qurumdur ki, tibbi fiziklərin, topometristlərin, dozimetristlərin ən müasir şüa aparatlarında şüa terapiyasının ən müasir metodlarını tədris etmək üçün bütün vasitələrə malikdir. Şöbənin əməkdaşları elmi forumlarda aktiv iştirak edirlər, Rusiya, Avropa və Amerikanın tibbi fiziklər assosassiyasının üzvləridirlər.