Səmədov Vüqar Səmədaga oğlu
Şüa Diaqnostika Həkimi
- vuqar.samedaga@gmail.com
Bioqrafiya
1976-1982-ci illərdə Azərbaycan tibb universitetinin Müalicə–profilaktika fakültəsində təhsil almışdır.
1982-1983-cü illərdə Respublika Kliniki Xəstəxanasında internatura keçmişdir.
1987-1988-ci illərdə Moskva Ümumiittifaq onkoloji elmi mərkəzində klinik ordinatura keçmişdir.
1984-1987-ci illərdə Lənkəran Rayon Xəstəxanasında funksional diaqnostika həkimi vəzifəsində çalışmışdır.
1998–ci ildən Milli Onkologiya Mərkəzinin Şüa Diaqnostika şöbəsində həkim vəzifəsində çalışmaqdadır.
1993-cü ildə Akademik C.Ə.Əliyev rəhbərliyi altında “Erkən süd vəzi xərçənginin diaqnostikasında və risk qrupların formalaşmasında US müayinəsini rolu” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
16 elmi məqalə və tezislər müəllifidir.