Şüa Diaqnostika Şöbəsi





Milli Onkologiya Mərkəzinin radiologiya şöbəsi 1941-ci ildə yaradılmışdır.Ardıcıl olaraq şöbənin müdirləri : A.A.Ştuss (1959-cu ilə qədər), R.N.Rəhimov (1959-1970, 1990-2013), S.G.Əliyev (1990-cı ilə qədər) və 2013-cü ildən S.S.Vətənxah. Radiologiya şöbəsinin əsas məqsədi onkoloji xəstəliklərin erkən və differensial diaqnostikasının təmin olunmasıdır.

Şöbə bütün vizualizasiya imkanlarını tətbiq etməkdədir. Ən son texnologiyalara uyğun avadanlıqlarla təchiz olunmuş diaqnostika şöbəsi bütün pasientlərin  tələblərinə cavab verir. Bu radiologiya şöbəsində ən müasir avadanlıqların köməyi ilə hər il 36000-dən çox xəstə müayinədən keçir.

Bütün avadanlıqlar bir blokda yerləşdirilmişdir. Bu zaman şöbənin  infrastrukturu xəstələrin müayinələrinin  tam və tez aparılmasına şərait yaradır. Sistemdə müqayisə məqsədi ilə bütün göstəricilər və nəticələr arxivləşdirilir.  Beləliklə, yeni və əvvəlki şəkillər və müayinələr  xroniki və onkoloji xəstəliklərin gedişatının müşahidəsi üçün vacib rol oynayır və iş prinsipini asanlaşdırır.