Quliyev Fuad Ədalət oğlu
  • drfuad@mail.ru
  • (+994 12) 537-08-11
Bioqrafiya

1993-2000-ci illərdə İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsində təhsil almışdır.

2001-2006-cı illərdə Hacettepe Universiteti Tibb Fakültəsinin Urologiya kafedrasında rezidentura təhsili almışdır.

07/2006-04/2007-ci illərdə Almaniyanın Heidelberg Universiteti SLK Klinikum Heilbronn xəstəxanasında kliniki ixtisaslaşma kursu keçmişdir.

2007-2008-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Diaqnostika və endoskopik cərrahiyyə şöbəsində həkim-uroloq vəzifəsində çalışmışdır.

2008-2009-cu illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya və Nefrologiya şöbəsində şöbə müdiri vəzifəsində çalışmışdır.

2009-cu ildən Milli Onkologiya Mərkəzinin Onkourologiya şöbəsində şöbə müdiri vəzifəsində çalışmaqdadır.

2011-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Baş direktorun müavini vəzifəsində çalışır.

60 üzərində elmi məqalə və tezisin müəllifidir. Avropa Uroloqları Birliyinin mütəxəssisidir.