Provox FreeHands Flexivoice cihaz üzrə seminar.
2 noyabr 2015-ci il Milli Onkologiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə mərkəzdə ATOS Medical AB şirkətinin nümayəndələrinin “ Provox FreeHands Flexivoice” cihazı haqqında prezentasiya və seminarı keçirilib.
Seminarda baş və boyun şöbəsinin həkimləri və bəzi xəstələr iştirak etmişdir. Şöbənin həkimlərinə və qırtlaq xərçəngindən əməliyyat olunmuş xəstələrə “ Provox FreeHands Flexivoice” cihazı təqdim olundu.
Baş boyun şöbəsinin həkimi profesor Əziz Əliyev qırtlaq xərçəngindən əməliyyat olunmuş bir xəstəyə həmin aparatı yerləşdirdi və 20 dəqiqədən sonra xəstənin nitq və tənəffüsündə yaxşılaşma müşahidə olundu.