Nüvə Təbabəti bölməsi



Nuklear Tibb, canlılara verilən radioaktiv maddələrin yaydıqları şuaları xüsusi metodlar və ya cihazlarla müayinə edilməsinə imkan verən tibbin bir sahəsidir.

Nüklear Tibb digər ixtisas sahələri kimi davamlı inkişaf edən müxtəlif xəstəliklərin müalicəsi və diaqnostikasında yer alan tibbin klinik bir sahəsidir. 1970-ci illərdən başlayaraq tibbin ixtisas sahəsi kimi formalaşan Nuklear Tibb xüsusi ilə görüntüləmə sistemləri, radioaktiv şüaları deteksiya edən cihazlar və radiofarmasevtik dərman sahələrində daha çox inkişaf etmişdir.

İstifadə olunan cihazlar, Gamma Kamera (SPECT, SPECT-KT), PET-KT və  PET-MRT olaraq adlandırılır. Diaqnostika üçün istifadə olunan radionuklidlər və ya radionuklidlər ilə birləşdirilən farmasevtik maddələrdir. Bu maddələr bədəndə fizioloji funksiyaları göstərməklə görüntü əmələ gətirirlər.

Bu muayinə metodlarının əsas məqsədi funksional görüntüləmə ilə anatomik görüntüləmənin birləşdirilməsidir. Bədənə damar yolu ilə inyeksiya olunan radioaktiv maddənin radiasiya ölçüsü nəzərindən hər hansı zərərli təsiri yoxdur.

Şöbəmize onkoloji xəstəliklərin erkən diaqnostikasında və müalicəsinin planlaşdırılmasında böyük üstünlükləri olan PET-KT diaqnostika avadanlığı kompleksi alınmışdır. Mərkəzimizdə fəaliyyət göstərəcək PET-KT cihası Siemens mC-S40 modeli olub, Nuklear Tibb sahəsində ən yüksək texlologiyaya ilə təchiz olunmuşdur.

                                     

                                                            Siemens (mCTS40) PET-CT

Nuklear Tibb şöbəsi üçün quraşdırılacaq Siklotron laboratoriyası və PET-KT diaqnostika avadanlıqlarından istifadə edilərək onkologiyada müasir müalicə metodları tətbiq edilir.

                                    

Mərkəzimiz üçün quraşdırılan siklotron (Cyclone 18/9) orta enerjili hissəcik sürətləndiricisi olub, PET-KT müayinəsində istifadə olunan qısa yarı-ömürlü radioaktiv maddələrin istehsalında istifadə olunur.

Şöbə üçün müvafiq mərkəzin inşaatının  başlanılması tarixi:

15.11.2012 tarixi…


18.03.2013 tarixi….



28.03.2013 tarixi….



Nuklear Tibb Şöbəsi 2012- ci ildən fəaliyyət göstərir. Şöbəyə Nuklear Tibb mütəxəssisi Dr. Fuad Novruzov rəhbərlik edir.