Novruzov Fuad Əli oğlu
Nuklear Tibb Həkimi
  • drnovruzov@gmail.com
  • -
Bioqrafiya

1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

2007-2012-ci illərdə Mərmərə Universiteti Tibb fakültəsinin Nuklear Tibb Kafedrasında Nuklear Tibbdə Uzmanlıq təhsili almışdır.

2010-2011-ci illərdə Amerika Birləşmiş Ştatları “The Mount Sinai Medical Center” və “New York Presbyterian Columbia Cornell” Universitet Xəstəxanasının Nuklear Tibb Kafedrasında  Elmi Tədqiqatçı həkim vəzifəsində çalışmışdır.

2013-2014-cü illərdə Böyük Britaniya Nuklear Tibb İnstitutunun Universitet Kollec London xəstəxanasında Elmi Tədqiqatçı vəzifəsində çalışmışdır.

2012-ci ildə Milli Onkologiya Mərkəzinidə Rentgenoloq vəzifəsində çalışmışdır.

2014-cü ildən Milli Onkologiya Mərkəzində Nüvə Təbabəti şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2020-ci ildən Milli Onkologiya Mərkəzində Nüvə Təbabəti və Radionuklid Terapiya şöbəsinin müdiri vəzifəsində çalışmaqdadır.

2012-ci ildə “Kontrast Tutan Beyin Şişlərinin Diferensial Diaqnostikasında 18 FDG PET-KT nin Rolu” mövzusunda Uzmanlıq elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiə etmişdir.

Xarici və yerli jurnallarda 20 dən çox elmi işi çap olunmuşdur.

Layihələr:2012-2014-cü illərdə Azərbaycanda Klinik Praktikada Siklotron  və PET / KT istifadəsi” (TC Project : AZB6008) AEBA Texniki Əməkdaşlıq Layihəsinin əsas koordinatoru.