Neyrocərrahiyyə şöbəsi




Milli Onkologiya Mərkəzində Neyrocərrahiyyə şöbəsi 2011-ci ildə akademik C.Ə.Əliyevin təşəbbüsü ilə yaradılmış və şöbəyə rəhbərlik həkim-neyrocərrah Rasim Babayevə tapşırılmışdır.


Həyata keçirilən əməliyyatlar müasir üsul və avadanlıqlar vasitəsi ilə icra olunur.

Beyin şişlərinin histopatoloji diaqnostikası məqsədi ilə tətbiq edilən stereotaktik biopsiya əməliyyatı Azərbaycanda ilk dəfə 2012-ci ildə Milli Onkologiya Mərkəzində aparılmışdır.

Milli Onkologiya Mərkəzində Rasim Babayevin icra etdiyi əməliyyatlara misal olaraq aşağıdakı əməliyyatları göstərmək olar:

  • beyinin müxtəlif  şiş xəstəlikləri ( xoşxassəli, bədxassəli v.s.),
  • beyinin stereotaktik biopsiyası,
  • onurğa beyinin şiş xəstəlikləri
  • onurğa disk yırtığının mikrocərrahiyyəsi,
  • onurğanın fiksasiya əməliyyatları,
  • müxtəlif beyin və onurğa patologiyaları ( qanaxmalar, travma və s. )
  • Uşaqlarda beyin və onurğa beyinin şiş xəstəlikləri
  • Anadangəlmə anomaliyalar, hidrosefaliya v.s