Naxçıvanda onkoloji müayinələr və cərrahi əməliyyatlar keçirilib

|

        Dekabrın 6-da Naxçıvan Sağlamlıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə pulsuz onkologiya müayinələri və əməliyyatlar həyata keçirilib.

         Milli Onkologiya Mərkəzinin tanınmış həkim və mütəxəssisləri tərəfindən həyata keçirilən bu aksiya onkoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və müasir tibbi üsullarla müalicəsinin təmin olunması məqsədini daşıyır. Pulsuz müayinə və əməliyyatlar əhalinin sağlamlığının qorunması, xüsusən bədxassəli şişlərin erkən diaqnostikasına diqqət yetirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbir xüsusilə onkologiya sahəsində yüksək təcrübəyə və müasir texnologiyalara malik olan həkim və mütəxəssislərin birbaşa əhalinin xidmətində olması ilə fərqlənir.

       Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssisləri Naxçıvan Sağlamlıq Mərkəzində həyata keçirilən müayinələrdə, onkologiya sahəsində ən son yenilikləri və müasir müalicə metodlarını tətbiq edərək, iştirakçılara ən yüksəkkeyfiyyətli tibbi xidmət göstəriblər. Əməliyyatlar müasir cərrahi texnologiyalarla icra edilib, xəstələrin sağalmasına yönəlik ən müasir yanaşmalar tətbiq olunub.