Musayeva Məhbubə Firdovsi qızı
Həkim-onkoloq
  • Nmehbube@bk.ru
  • (+994 12) 537-08-11
Bioqrafiya

2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışdır.

2012-2018-ci illərdə Azərbayan Tibb Universiteti Onkoloji Klinikasında onkoloq ixtisası üzrə rezidentura keçmişdir.

2012-2018-ci illərdə Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasıda həkim-onkoloq vəzifəsində çalışmışdır.

2018-ci ildən Milli Onkologiya Mərkəzinin Poliklinika Qəbul şöbəsində həkim-onkoloq vəzifəsində çalışmaqdadır.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan Azərbaycan Tibb Universiteti rezidentlərinin 2-ci elmi–təcrübi konfransında plenar iclasda “Sümük sarkomasının müasir müalicə üsulları mövzusunda ” məruzəçi kimi iştirak etmişdir.

06.10.2018-ci ildə  II Bakı Endoskopiya Forumunda iştirak etmişdir.

28.01-08.02.2019-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçmişdir.

03-05 May 2019-cu ildə  V Azərbaycan-Almaniya –Türkiyə Tibb Konqresində iştirak etmişdir.