- Lmelikova2002@yahoo.com
- +994 50 2833612
1978-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil almışdır.
1979-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda Molekulyar Biologiya/Genetika üzrə təcrübə keçmişdir.
1981-1983-cü illərdə Amerika, İngiltərədə "İnsan Genomu" üzrə təcrübə proqramları keçmişdir.
1984-1989-cu illərdə Moskva Dövlət Universitetinin Molekulyar Biologiya kafedrasında Biologiya elmləri üzrə aspirantura təhsili almışdır.
1978-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı İnstitutunda tədqiqatçı vəzifəsində çalışmışdır.
1979-1989-cu illərdə Moskva Dövlət Universitetinin SSRİ Molekulyar Biologiya İnstitutu və Molekulyar Biologiya kafedrasında çalışmışdır.
1989-2009-cu illərdə Mamaliq və Ginekologiya İnstitutunun genetik laboratoriyasında Baş elmi işçi, Laboratoriya müdiri vəzifəsində çalışmışdır.
2003-2008-ci illərdə Cənubi Koreyada Pusan Dövlət Universitetində çalışmışdır.
2010-2012-ci illərdə Mərkəzi Gömrük Xəstəxanası, Respublika Diaqnostika Mərkəzi, Oksigen klinikasında çalışmışdır.
2013-cü ildən Milli Onkologiya Mərkəzi Molekulyar Onkologiya Laboratoriyası rəhbəri vəzifəsində çalışmaqdadır.
Molekulyar biologiya sahəsi üzrə ixtisaslı mütəxəssisdir.
1989-cu ildə "Histon H1 və onun molekulyar quruluşu" mövzusunda dissertasiya müdafiə etmişdir.
Bitki, heyvan və insan genomunun tədqiqi sahəsində 65-dən çox elmi məqaləsi çap olunmuşdur.
4 yerli, 1 beynəlxalq qrant layihəsində iştirak edib və onlardan 2-sini müvəffəqiyyətlə başa çatdırmışdır.
Beynəlxalq və yerli konfransların iştirakçısıdır.
1989-cu ildən "Molekulyar Biologiya" şifrəsi ilə Biologiya elmləri namizədidir.