MOM-də seminar keçirilmişdir

|

      Millli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2024-cü il dekabrın 6-da “Onkoloji xəstəliklərin müalicəsində perioperativ dövrə müasir yanaşma” adlı seminar keçirilmişdir.

       Seminarda onkoloji xəstəliklərin müalicəsi və bərpa dövründə xəstələrin ümumi həyat keyfiyyətlərinin yüksəldilməsi üçün düzgün qidalanma strategiyalarının seçilməsi mövzusunda geniş müzakirələr aparılıb.

      Tədbirdə tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Murad Məmmədov, tibb elmləri doktoru, professor, Rusiya Milli Klinik Qidalanma və Metabolizm Assosiasiyasının vitse-prezidenti Aleksandr Şestopalov, tibb elmləri doktoru, professor, Parenteral və Enteral Qidalanma Regional Şimal-Qərb Assosiasiyasının prezidenti Valeri Luft, tibb elmləri doktoru, professor, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Baş dietoloqu Heydər Şərafəddinov  “Struktur və metabolik hemostazın proqresiv pozğunluqları onkoloji xəstəliklərin patoqenezinin əsası kimi”, “Onkoloji xəstələr üçün perioperativ qidalanma dəstəyi (əməliyyat öncəsi və əməliyyat sonrası erkən dövr): nə vaxt, kimə və nə?”, “Həzm orqanlarında əməliyyatlar zamanı onkoloji xəstələrə qidalanma dəstəyinin seçilmə taktikası”, “Onkoloji xəstələrdə kimya-radioterapiya sonrası pozulmuş həzm prosesinin korreksiyası” mövzülarında çıxışlar etmişlər.