Leyla Əliyeva uşaqları ziyarət edib
Noyabrın 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Klinikasında müalicə alan kiçik pasiyentləri ziyarət edib. Uşaq Klinikası 2012-ci ildən etibarən fəaliyyət göstərir və burada uşaq onkologiyasına dair müxtəlif tibbi xidmətlər və müalicə metodları tətbiq olunur. Akademik Cəmil Əliyev Klinikada uşaqların müalicəsi üçün hər cür şəraitin yaradıldığını və burada fəaliyyət göstərən mütəxəssislərin yüksək peşəkarlığını qeyd edib.
Leyla Əliyeva Uşaq Klinikasında müalicə olunan uşaqlarla söhbət edib, onlara hədiyyələr təqdim edib və tezliklə sağalmalarını arzulayıb.