Kərimova Nigar Zöhrab qızı
həkim – onkoloq
  • kerimovanigyar[a]mail.ru
Bioqrafiya

1993–1999-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə–profilaktika fakültəsində təhsil almışdır.

1999-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında internatura keçmişdir.

2001-2003-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasında onkologiya üzrə klinik ordinatura keçmişdir.

2004-2008-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasında onkologiya üzrə əyani aspirantura təhsili almışdır.

2009-cu ildə Milli Onkologiya Mərkəzinin poliklinika-qəbul bölməsində həkim-onkolog vəzifəsində çalışmışdır.

2010-cu ildən Bədxassəli sislərinin epidemiologiyası və statistikası şöbəsində böyük laborant vəzifəsində çalışmışdır.

2014-cü ildən həmin şöbədə kiçik elmi işçi vəzifəsində çalışmışdır.

2007-ci ildə “Uşaqlıq cismi və yumurtalıqların şişlərinin kliniki qedişi və proqnozunda estradiol və progesteronun rolu” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

30 elmi işi çap olunmuşdur, bunlardan 2-si metodik tövsiyyədir.