Kərimli Azad Aydın oğlu
onkoloq
  • doktor_onkoloq@mail.ru
  • (012) 537-08-11 (28-35), (21-40)
Bioqrafiya

1983-1989-cu illərdə Azərbaycan  Tibb Universitetinin müalicə–profilaktika fakültəsində təhsil almışdır.

1989-1990-cı illərdə Azərbaycan Respublika Onkoloji Elmi Mərkəzində internatura keçmişdir.

1997-1999-cu illərdə Milli Onkologiya Mərkəzində onkologiya üzrə klinik ordinatura keçmişdir.

2001-2006-cı illərdə Milli Onkologiya Mərkəzində onkologiya üzrə dissertant olmuşdur.

1990-1991-ci illərdə Gəncə şəhər Onkoloji Dispanserində həkim-onkoloq vəzifəsində çalışmışdır.

1991-1993-cü illərdə 32 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim-onkoloq vəzifəsində çalışmışdır.

1991-ci ildə Xərçəng Əleyhinə Elmi-tədqiqat Assosiasiyasında tibb məsələləri üzrə müdir müavini vəzifəsində çalışmışdır.

1997-ci ildə Milli Onkologiya Mərkəzinin abdominal onkologiya şöbəsində həkim-onkoloq vəzifəsində çalışmışdır.

2004-cü ildə Abdominal onkologiya şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.

2008-2009-cu illərdə Abdominal onkologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2010-cu ildə Abdominal onkologiya şöbəsinin elmi əməkdaş vəzifəsinə təyin olunub.

2011-ci ildən Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin baş onkoloqu vəzifəsinə təyin edilib.

2009-cu ildə “onkologiya” və “epidemiologiya” ixtisasları üzrə “Yoğun bağırsaq xərçənginin Azərbaycan Respublikasında epidemiologiyası” mövzusunda dissertasiyanı müdafiə edib və tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

42 elmi işi dərc olunub.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Respublikanın əməkdar həkimi “ fəxri adına layiq görülüb.